İstanbulda polis Fələstinə dəstək yürüşünün keçirilməsinə icazə verməyib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Qeyd edilib ki, qanunsuz aksiyada iştirak edən 20 nəfər saxlanılıb.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Bizim.Media