ABŞ Konqresində keçirilən son iclas zamanı insident yaşanıb.
Bizim.Media xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinkenin İsrail-Fələstin münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər etiraza səbəb olub.
MÖVZU İLƏ BAĞLI:
İsrail xüsusi təyinatlıları HƏMAS liderini belə MƏHV ETDİ – ANBAAN VİDEO
Belə ki, bir qrup fəal Blinkenin İsraili dəstəkləyən mövqeyinə etiraz əlaməti olaraq Qəzza zolağında atəşkəsin mütləq tətbiqi tələbi ilə konqres zalına daxil olublar.
Onlar "Bütün divarlar dağıdılmalıdır!"şüarı ilə Qəzzada münaqişənin həllinin atşkəsdə olduğunu bildiriblər.
Dövlət katibi isə bu zaman etirazçılara sükut içində baxmaqla kifayətlənib. Daha sonra polis fəalları iclas zalından kənarlaşdırıb.
Bizim.Media