İsrail Livanla sərhəddə ağ fosfor tərkibli sursatlardan istifadə edir.
Bizim.Media xəbər verir ki, bu barədə Fələstin mediasında iddialar yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Yaralanan israillilərin sayı 2806-ya çatdı
Belə ki, KİV-də İsrailə məxsus məhv edilmiş sözügedən silahlardan istifadə edilən “Merkava mk4” tankının görüntüləri yayılıb.
Eləcə də mediada İsrail Silahlı Qüvvələrinin Qəzza zolağının bombardmanı zamanı fosfor silahından istifadə etdiyinə dair video faktlar da yayılıb.
Qeyd edək ki, İsrail tərəfi hələ ki, iddialarla bağlı açıqlama verməyib.
Bizim.Media