Böyük Britaniyanın Batli şəhərində islam dininin banisinə görə etiraz aksiyası baş tutub.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, etirazlara səbəb pedaqoqun uşaqlara Məhəmməd peyğəməbərin dini karikaturalarını göstərməsi olub.
“Charlie Hebdo” nəşrinə məxsus karikaturaları müəllim ilahiyyat dərsində nümayiş edib.
Britaniyalı pedaqoqun bu addımından sonra müsəlman icması etirazlara start verib.
Xatırladaq ki, Belçikada oxşar hadisəyə görə müəllimlərdən biri işdən azad olunub. 2020-ci ildə isə Fransada Məhəmməd peyğəmbərin karikaturalarını göstərən pedaqoq qətlə yetirilib.
Məktəbin yanında müəllimin başını kəsən qatil polis tərəfindən güllələnərək öldürülüb.
Britaniyadakı etirazların videosunu təqdim edirik.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
17:19 / 26.03.2021
Məhəmməd peyğəmbərin karikaturalarına görə Britaniyada ETİRAZ – VİDEO
Hazırda oxunan: Məhəmməd peyğəmbərin karikaturalarına görə Britaniyada ETİRAZ – VİDEO
Hazırda oxunan: Məhəmməd peyğəmbərin karikaturalarına görə Britaniyada ETİRAZ – VİDEO
15908
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.