Rusiya XİN: “Qranada görüşündən imtina Azərbaycanın suveren hüququdur” - VİDEO  

Hazırda oxunan: Rusiya XİN: “Qranada görüşündən imtina Azərbaycanın suveren hüququdur” - VİDEO  

158324

“Azərbaycanın Qranadada planlaşdırılan görüşdə iştirak etməmək qərarı onun suveren hüququdur”. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. 

“Mövqeyini və siyasətini müəyyən etmək hər bir ölkənin suveren hüququdur. İndiki halda söhbət onsuz da bizim iştirak etməyəcəyimiz görüşdən gedir. Buna görə də tərəflərin qərarlarını şərh etməyi lüzum görmürəm. Üstəlik, Bakı bütün addımlarını mütəmadi olaraq izah edir və informativ şəkildə münasibət bildirir”, - o vurğulayıb. 
Xatırladaq ki, Azərbaycan Prezident İlham Əliyev Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya getməkdən imtina edib. Buna səbəb nəzərdə tutulan beştərəfli görüşdə iştirakçı olan Fransanın destruktiv mövqe tutması, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirak etməsi ilə bağlı fikir ayrılığıdır. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin