Rusiya Soçini almaq istəyən erməni hərbi eksperti həbs edəcək? - VİDEO

Hazırda oxunan: Rusiya Soçini almaq istəyən erməni hərbi eksperti həbs edəcək? - VİDEO

157934

Erməni hərbi ekspert Vladimir Poqosyan Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalıdır. 

Bizim.Media xəbər verir ki, bu fikirləri rusiyalı politoloq, hüquq elmləri namizədi Anton Bredixin səsləndirib.

Onun sözlərinə görə, Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə baş məsləhətçisinin keçmiş köməkçisi, hərbi ekspert Vladimir Poqosyan Rusiyanın ərazi bütövlüyünün pozulmasına yönələn çağırışlar edib.
Həmin maddə ilə Poqosyan 4 ilədək azadlıqdan məhrum edilə bilər.

Xatırladaq ki, hərbi ekspert "Noyan tapan" telekanalında "Biz gəlib Armavir, Soçi və Krımı ala bilərik. Krımın 70%-i ermənidir" fikirlərini dilə gətirmişdi.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin