Sumqayıtda dostunu 10 bıçaq zərbəsi ilə öldürən şəxsə hökm oxunub.
Bizim.Media xəbər verir ki, hadisənin təfərrüatı ARB telekanalının “Kriminal” verilişində yayımlanıb.
Belə ki, 2020-ci il iyulun 17-də Sumqayıt şəhər 3-cü polis şöbəsinə könüllü gələn Sumqayıt sakini Enur Əsədullayev 14 saylı yataxananın 77 nömrəli otağında Kamal Əliyevi öldürdüyünü etiraf edib.
MÖVZU İLƏ BAĞLI:
Şəmkirdə 17 yaşlı gənc özünü güllələdi - QƏTLİN TƏFƏRRÜATI
Sumqayıt şəhər Prokurorluğunda “qəsdən adamöldürmə” maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə, Kamal Əliyevin üzərində 10 ədəd kəsilmiş- deşilmiş yara müəyyənləşdirlib.
Onun ölümünə ürəyin zədələnməsi nəticəsində baş verən daxili qanaxma səbəb olub.
İş üzrə dindirilən E.Əsədullayev Sumqayıt şəhərinin 9-cu mikrarayonda yaşadığını bildirib. K.Əliyevlə 10 ildən artıq dostluq etdiyini bildirib. Dostunun valideyinlərinin rəhmətə getdiyini söyləyib. Günlərinin çox vaxtını bir yerdə keçiriblər.
Son 1-2 ildə narkotik maddələrin təsirindən Kamalın hərəkətlərində və xasiyyətində dəyişikliklər hiss edib. Dostunu bu vəziyyətdən xilas etməyə çalışıb və müalicə təklif edib. Lakin sonuncu onun məsləhətlərinə əməl etməyib.
Hadisədən 4-5 ay əvvəl ortaq tanışları Ramin Şalbuzov Kamalın Elnur haqqında pis sözlər danışdığını, arxasınca söyüş söydüyünü deyib. Kamala qarşı pis bir hərəkəti olmadığından bərk əsəbləşib.
Zəng edib onu kafeyə dəvət edib. Dostu hər şeyi danaraq söyüş söymədiyini və Raminin yalan danışdığını deyib.
İyulun 17-də isə anasının telefonundan Raminə zəng edib onu marketin qarşısından götürməsini xahiş edib. Sonra maşını Kamalın yaşadığı məhəlləyə sürməsini deyib. Raminə söyüşü həzm etmədiyini və məsələyə aydınlıq gətirmək istədiyini söyləyib.
Şalbuzov onu fikrindən daşındırmaq istəsə də mümükün olmayıb. Niyyəti Kamalın söyüş söyüb-söymədiyini dəqiqləşdirmək, əgər boynuna alarsa onu öldürmək olub.
Kamalın yaşadığı ünvana gəlib.Otağa girəndə dostu yarıçılpaq vəziyyətdə olub. Kamal arxasınca söyüş söydüyünü, lakin qorxusundan boynuna almadığını deyib. Kamal bunu etiraf edəndə yumruqla sifətinə vurub və dərhal cibindən bıçağı çıxararaq sol döş qəfəsinə ağır zərbələr endirib.
Binanın 3-cü mərtəbəsində Raminlə rastlaşıb. Həmin vaxt əlləri və üstü qana bulaşıb. Ramin dərhal geri qayıtmaları və təcili yardıma zəng vurmalarını deyib. Lakin Elnur hadisə yerindən uzaqlaşıb. Evə gələrək adam öldürməsi ilə bağlı ailə üzvlərinə məlumat verib. Sonra polis bölməsinə yollanar bıçağı təqdim edib.
Zərərçəkmişin dayısı Elçin Səmədov tərəfindən polisə ünvanlanmış sənəddən görünüb ki, onunla Elnur Əsədullayevin atası arasında barışıq əldə edilib.
Məhkəmə iclasında E. Əsədullayev canayətə görə peşman olduğunu deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1993-cü il təvəlldülü E.Əsədullayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib.
Bizim.Media