Türkiyənin paytaxtı Ankara şəhərinin Mamak rayonunda səhər saatlarında 6 mərtəbəli yaşayış binasının girişində təbii qazın partlaması nəticəsində yanğın baş verib.
Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, yaralananlar var.
Bildirilib ki, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Partlayış zamanı evdə olan yaşlı qadın dünyasını dəyişib.
Bizim.Media