Statistikaya görə dünyada avtomobil qəzalarından sonra ikinci yeri ev şəraitində baş verən qəzalar tutur.
Bizim.Media xəbər verir ki, belə qəzaların yarıdan çoxu isə 0-6 yaş arası uşaqların başına gəlir.
Araşdırmalar göstərir ki, hər il ev qəzaları ilə bağlı həyatını itirən uşaqların sayı, qan xərçəngi və meningit kimi xəstəliklərdən həyatını itirən uşaqların sayından daha çoxdur.
Qısaca desək, valideynlərin məsuliyyətsizliyi ucbatından həyatını itirən uşaqların sayı ölkəmizdə və dünyada kifayət qədər çoxdur.
Odur ki, valideynlər övladlarına qarşı daha həssas və ehtiyatlı yanaşmalıdırlar!
Səmra Xəlilbəyli, Bizim.Media