Erməni müxalifəti İrəvanda çadırları sökdü – Paşinyanı devirə bilmədilər - VİDEO

Hazırda oxunan: Erməni müxalifəti İrəvanda çadırları sökdü – Paşinyanı devirə bilmədilər - VİDEO

15685

İrəvanın mərkəzində yerləşən Bağramyan prospekti, demək olar ki, bir ay davam edən "mühasirədən" sonra “azad olacaq”. Çadırlar artıq yığışdırılır və səhnənin sökülməsinə isə hələ başlanmayıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

 

MÖVZU İLƏ BAĞLI:

“Müxalifətin davası Zəngəzur deyil, hakimiyyətdir” - Qalmaqal


Müxalif “Vətənin xilası” hərəkatının üzvləri çadırları sökürlər və mərkəzi küçəni blokdan çıxarırlar.

Sökülən çadırlar hərəkatın Dəmirçyan küçəsində təşkil etdiyi qərargaha köçürülür. Parlamentə xidmət girişinin yerləşdiyi bu küçə birləşmiş müxalifət tərəfindən bağlanacaq.

“Sputnik Ermənistan”ın müxbirinin verdiyi məlumata görə, sökülmə ləng gedir, insanlar əşyalarını hərtərəfli toplayır, aparatları yığışdırırlar.

Xatırladaq ki, müxalifət Baqramyan prospektini 25 fevraldan bəri bağlayıb. Elə həmin gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı hökuməti və Baş nazir Nikol Paşinyanı mövcud böhran və erməni xalqı üçün kritik vəziyyətdə kifayət qədər qərar qəbul edə bilməməkdə günahlandıraraq istefaya çağırıb.

Bu açıqlamadan sonra Baş Qərargah rəisi Onik Qasparyan vəzifəsindən azad edilib.

Martın 22-də Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Artak Davtyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisidir.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin