İslandiyada oyanan Fagradalsfyadıl vulkanı püskürərkən ortaya nadir görüntülər çıxıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 4 gün bundan əvvəl Reykjavik yaxınlığında püskürən vulkan seysmoloqların fikrincə, tədricən səngiməyə başlayıb. Bir neçə yüz metr uzunan çatdan yavaş-yavaş axan lava cənub-qərbə və qərbə tərəf yön alaraq çay kimi axıb.
MÖVZU İLƏ BAĞLI:
24 saatda iki dəfə vulkan püskürdü, uçuşa qadağa qoyuldu
Püskürmə zamanı lava səmanı qırmızı rəngə boyayıb.
Vulkanın baş verdiyi anlarda atmosferə az miqdarda kül atılıb. Lakin əsas təhlükə hadisə zamanı havaya buraxılan zərərli qazlar, ilk növbədə kükürd dioksidindir.
Bu səbəbdən də vulkanın yaxınlığında yaşayan insanlara pəncərələrini bağlı saxlamağı tövsiyə olunub.
Meteoroloqlar əhalini sürüşmə təhlükəsi barədə də xəbərdar ediblər.
Vulkanın çay kimi axan lavası isə dron vasitəsi ilə anbaan görüntülərə alınıb. Həmin görüntüləri təqdim edirik:
Bizim.Media