Xaçmazda 4 gündür uçan Qudyalçay körpüsündə son söküntü işləri aparılır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, söküntü işlərinin aparılmasında müəyyən çətinliklər var.
MÖVZU İLƏ BAĞLI:
Gəndob-Xaçmaz-Yalama-Rusiya yolunda uçmuş körpü SÖKÜLÜB - VİDEO
Belə ki, körpü dağılarkən çayın gur suları körpünün dağılmış sütunlarinin qum və gillə dolmasına səbəb olub. Bu da işi ləngidir.
Çətinliklərə baxmayaraq, son tamamlama işlərindən sonra bu gün yeni körpünün inşasına başlanılacağı bildirilir. Yeni körpünün inşası üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası gətirilib. Son hazırlıq işlərindən sonra prosesə start veriləcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu