Hava limanında səyahət edən sərnişinlərin çantalarını açaraq oğurluq edən iki polis əməkdaşı həbs edilib.
Bizim.Media xəbər verir ki, oğurluq Mayami hava limanının polis əməkdaşları tərəfindən həyata keçirilib.
20 yaşlı Josue Gonzalez və 33 yaşlı Labarrius Williams sərnişinlərin çantalarını açaraq içərisində olan 600 dollar və qiymətli əşyaları oğurlayıb.
Sərnişinlərin şikayəti əsasında oğrular saxlanılıb. Nəzarət kameralarına baxarkən onların həqiqətən oğurluq etmələri təsdiqlənib.
Bizim.Media