Qubada iki gündür bağlı olan Dərk-Talış yolu bu dəqiqələrdə nəqliyyat vasitələrinin və piyadaların hərəkəti üçün tam açılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, güclü yağışın Babaçaya gətirdiyi selin fəsadları 11 saylı xüsusi təyinatlı yol istismar idarəsinin texnikası və işçiləri tərəfindən tam aradan qaldırılıb.
MÖVZU İLƏ BAĞLI:
Qubada selin dağıtdığı yolda hərəkət BƏRPA OLUNDU – FOTO/VİDEO
Bu barədə qurumdan məlumat verilib.
Hazırda nəqliyyat vasitələri sel yumuş yoldan maneəsiz hərəkət edir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.