Mərakeşdə bir neçə gün öncə baş verən zəlzələdə nəticəsində yaranan dağıntılarda xilasetmə işləri davam etdirilir.
Bizim.Media xəbər verir ki, xilasedicilər dağıntılar altından yeni doğulmuş körpəni xilas ediblər.
Körpə zəlzələnin 4-cü günündə aşkar edilərək, dağıntı altından çıxarılıb. O, həkim nəzarətinə alınıb.
Qeyd edək ki, təbii fəlakət nəticəsində ölənlərin sayı artıq 3 minə yaxınlaşıb. 2 min 500 nəfərdən çox olan yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.
Zəlzələ təkcə yaşayış binalarını deyil, bir sıra mədəni-tarixi, dəyərli obyektlərə də zərər vurub. Mərakeşlilərin qürur yeri olan 12-ci əsrin tarixi abidəsi demək olar ki, tamamilə dağılıb.
Həmin möcüzəvi anların yaşandığı görüntüləri təqdim edirik:
Bizim.Media