Dünya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin builki Novruz tonqalını məhz işğaldan azad edilmiş Şuşada alovlandırmasını diqqqət mərkəzində saxlayır.
Bununla bağlı bir sıra nüfuzlu KİV öz efirində süjetlər yayımlayıb, saytlarında xəbərlər və sosial şəbəkə hesablarında məlumatlar paylaşıb.
Bizim.Media xəbər verir ki, Türkiyənin “Haber Global” media şirkəti də Azərbaycan Prezidentinin ailəsilə birlikdə Şuşada Novruz bayramını qeyd etməsi ilə bağlı süjet hazırlayıb.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin Şuşa səfəri Türkiyə mediasının DİQQƏTİNDƏ - FOTOLAR
Süjetdə bildirilir ki, 28 illik fasilədən sonra Azərbaycan xalqı işğaldan azad edilmiş Qarabağ torpaqlarında da baharın gəlişini qarşılayıb. Videomaterialda ölkə prezidenti İlham Əliyevin Şuşadakı Cıdır düzündən xalqa bayram müraciəti etməsi qeyd olunub.
Telekanal yaxın zamanlarda Ağdamın baş planının hazır olacağını da izləyicilərinin diqqətinə çatdırıb.
Sözügedən reportajı təqdim edirik.
Bizim.Media