Dmitri Kiselev: "Amerikalılar Ermənistanı xəritədə tapıb ayaqlarını siləcəklər" - VİDEO

Hazırda oxunan: Dmitri Kiselev: "Amerikalılar Ermənistanı xəritədə tapıb ayaqlarını siləcəklər" - VİDEO

154635

"Sentyabrın 11-də Ermənistanda “Eagle Partner-2023” adlı Ermənistan-ABŞ hərbi təlimi başlayır. Kreml bu məsələdə ehtiyatlı davranaraq bildirib ki, belə təlimlərin keçirilməsi hazırkı vəziyyətin sabitləşməsinə, qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə kömək etmir. Xatırlayaq ki, bu ilin əvvəlində Ermənistan öz ərazisində KTMT təlimlərinə ev sahibliyi etməkdən imtina etmişdi".

Bizim.Media xəbər verir ki, bu fikirləri dünən "Rossiya 1" telekanalında yayımlanan “Həftənin Xəbərləri” verilişinin aparıcısı, jurnalist Dmitri Kiselev səsləndirib.

Onun sözlərinə görə, Ermənistan açıq-aşkar Rusiya ilə münasibətləri gərginləşdirir:

"Təəssüf ki, bu, yaxşı heç nə ilə nəticələnməyəcək. Gəlin, baş verənlərə nəzər salaq. Ötən həftə Ermənistan-Rusiya media forumu ərəfəsində “Sputnik-Ermənistan” radiosunun köşə yazarı Aşot Gevorkyan Zəngəzurda Rusiyaya simpatiyası olan bloger Mika Badalyanla birlikdə saxlanılıb. Rusiya Xarici İşlər Nazirliyi bununla bağlı narahatlığını bildirib. Paşinyanın həyat yoldaşının Kiyevə səfərinə görə Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan Xarici İşlər Nazirliyinə çağırılıb və məsələyə sərt reaksiya verilib.

Qeyd edək ki, Anna Akopyan Kiyevdə Zelenskinin əlini sıxır. Fransanın “Le Monde” qəzeti bunu “məqbul jest” kimi şərh edir:

“Keçmişdə də nadir hallarda belə bir gərginlik yaşanıb. İrəvan bilərəkdən Kremlə qarşı meydan oxuyan jestlər edib. Onlardan sonuncusu Anna Akopyanın Kiyev fotosudur. Baş nazir Paşinyanın həyat yoldaşı təbəssümlə Volodimir Zelenskinin əlini sıxır. Ermənistan Rusiya müttəfiqindən uzaqlaşmaq qərarına gəlib və Ukrayna münaqişəsi ilə bağlı indiyədək nümayiş etdirdiyi neytrallıqdan əl çəkib. Ermənistan bununla da açıq şəkildə bəyan edir ki, Artıq Moskvanın tərəfində deyil".

Bizim Xarici İşlər Nazirliyi nə vaxt Ermənistana etiraz notası verib? Ümumiyyətlə, belə hadisə heç olubmu? Smolenskayada yerləşən hündürmərtəbəli binada Ermənistan səfirinə etiraz notası təqdim edilib.

Bildirilib ki, Ermənistan parlamentinin rəhbəri Alen Simonyanın sentyabrın 6-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya ünvanladığı təhqiramiz ifadələr qəbuledilməzdir.

Paşinyan deyəsən incik düşüb, amma özü bu yaxınlarda Azərbaycanın ərazi bütövlüyünü 1991-ci il sərhədləri daxilində tanıyıb, yəni "Qarabağ Azərbaycanındır" deyib. Bundan öncə (2019-cu il mayın 8-də) onun özü Şuşaya rəqs etməyə getmişdi.

Bu isə Azərbaycanda böyük qıcıq yaratdı və ərazi probleminin güc yolu ilə həlli üçün təxribata çevrildi. Və sonra Putin mühasirəyə alınan 30 minlik erməni ordusunu xilas etdi, əks halda onların hamısı məhv ediləcəkdi. Bütün bunları xatırlatmaq yaxşı olardı.
Bu yolda Ermənistanın qələbəsi yoxdur. Elə indicə (sentyabrın 9-da) Paşinyan Blinkenlə telefonla danışdı. Amma amerikalılar Ermənistanı xəritədə tapıb ayaqlarını siləcəklər".
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin