Rusiyanın müdafiə naziri Serqey Şoyqu radar sistemləri istehsal edən hərbi zavodu ziyarət edib.
Bizim.Media xəbər verir ki, yeni sistemlərlə tanış olan nazir bəzi sistemlərin sayının sürətinin artırılması tapşırıqlarını verib.
Ümumi tanışlıqdan sonra Serqey Şoyqu məğlubiyyətlə bağlı bəzi etirafları edib:
"Biz Ukrayna ordusunun artilleriya hücumlarının qarşısını almaqda çətinlik çəkirik. Təcili sürətdə bu sistemlərin istehsalını artırmalı və mükəmməlləşdirməliyik".
Bizim.Media