Rusiyanın Çelyabinsk vilayətinin Prudnı kəndi yaxınlığında Mi-8 helikopteri qəzaya uğrayıb.
Bizim.Media Rusiya teleqram kanallarına istinadən xəbər verir ki, hadisə nəticəsində helikopterdə olan 3 nəfər ölüb.
İlkin məlumata görə, helikopter Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) məxsus olub.
Bildirilib ki, helikopter təlim uçuşu həyata keçirib. Pilotlar uçuş və eniş manevrini məşq ediblər. Helikopterin qəzaya uğramasına ilkin səbəb kimi mühərrikin nasazlığı göstərilib.
Bizim.Media