İranda neft kəməri partlayıb.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bu gün səhər saatlarında Hormozqan əyalətinin Keşar kəndi yaxınlığında neft məhsullarının ötürücü xətlərindən biri partlayıb və hələ də yanır.
Məlumata görə, partlayış yerində “Pride” markalı avtomobil də yanıb.
Qeyd edək ki, yanğının şiddətindən avtomobilin içərisindəki insan itkisinin sayını öyrənmək üçün yaxınlaşmaq mümkün deyil.
Bizim.Media