Ağdam-Füzuli yolunun tikintisinin neçə faizi icra olunub? – FOTO/VİDEO  

Hazırda oxunan: Ağdam-Füzuli yolunun tikintisinin neçə faizi icra olunub? – FOTO/VİDEO  

152638

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. 

Sözügedən yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır. 
Uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 4 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir. 

Hazırda I texniki dərəcəli olacaq avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirməsi, 26,5 metr enində yeni yol yatağının, yol əsasının tikintisi, 380 metr uzunluğunda istinad divarının, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin inşası davam edir. 

Yolun km 0-32,4 km-lik hissəsində layihə çərçivəsində 9 ehtiyat keçidi, 17 suötürücü boruların tikinti işləri başa çatdırılıb.

Bundan başqa bitki qatının çıxarılması 68,55 %, qazma işləri 61,52 %, torpaq yatağının tikintisi 32,60 % yerinə yetirilib. Həmçinin 8 ədəd düzbucaqlı, 17 ədəd dairəvi suötürücü borunun, bir nəqliyyat və bir piyada keçidinin inşası tamamlanmışdır. Hazırda 3 ədəd körpüdə və digər sahələr üzrə tikinti işləri davam etdirilir. Layihənin 0-32,4 km hissəsi üzrə fiziki tərəqqi 16,24 % təşkil edir. 

Yolun 32,4-64,8 km hissəsində torpaq işləri bitib, hazırda hamarlayıcı qatın və əsasın alt qatının tikintisi aparılır. Layihənin sözügedən hissəsində 4 keçid və 11 kommunikasiya borusu, 25 müxtəlif diametrli suötürücü boru inşa edilib. 

Bu hissədə inşa olunan körpü dayaqlarının tikintisi sona çatmaq üzrədir. Qeyd olunan hissədə torpaq işləri 56 %, süni qurğular 50 %, yol geyimi 11,2 % olmaqla, ümumilikdə tikinti işləri 22 % icra olunub. 
Yolun layihə üzrə nəzərdə tutulan 1, 6, 12, 37 və 63-cü km hissələrində 5 avtomobil körpüsünün inşası aparılır. Körpülərdə svay, betonlanma və dayaqların tikintisi davam edir. 

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun olaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib. 
Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir. 

Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək. 
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin