Yeniyetmənin avtomobil idarə etməsi ona ağır başa gəldi - VİDEO 

Hazırda oxunan: Yeniyetmənin avtomobil idarə etməsi ona ağır başa gəldi - VİDEO 

152102

Füzuli rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İddialara görə, 12 yaşlı yeniyetmənin idarə etdiyi avtomobil beton maneəyə çırpılıb. Qəza zamanı onun bel fəqərə sümüyü sınıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.  

Bizim.Media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı müraciət yayıb. 

Bildirilib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, azyaşlı və yetkinlik yaşına çatmayan şəxslərin gizli, bir sıra hallarda isə valideynlərin iştirakı ilə avtomobil idarə etməsi ciddi narahatlıq doğurur.  

İdarənin inspektoru Elvin Hacıyevin sözlərinə görə, bəzən valideynlər azyaşlı və yetinkinlik yaşına çatmayan övladlarına avtomobilin sükanını həvalə etdikdə elə zənn edirlər ki, onlar bu məsuliyyətli işin öhdəsindən gələ bilirlər. Amma sonradan azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, bunun da ağır nəticələr verə biləcəyini unudurlar.  
Elvin Hacıyev valideynləri çox diqqətli olmağa da çağırıb.  

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:  
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin