“BakuBus”un sürücüsü sükan arxasında canlı yayıma çıxdı: “Oho, haradasınız? Əla, əla!” - VİDEO

Hazırda oxunan: “BakuBus”un sürücüsü sükan arxasında canlı yayıma çıxdı: “Oho, haradasınız? Əla, əla!” - VİDEO

15151

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə “Baku Bus” MMC-nin sürücüsü sükan arxasında olarkən mobil telefonla ailəsilə görüntülü bağlantıya çıxıb.

Videogörüntülərdən aydın şəkildə görmək olur ki, sürücü  nəqliyyat vasitəsi hərəkətdə olarkən belə telefon danışıqlarına ara verməyib. Hətta dayanacaqda sərnişin götürərkən avtobusa daxil olan sərnişinlərə də məhəl qoymayıb.

 

MÖVZU İLƏ BAĞLI:

Tıxac!!! “Dayanacaq üçün nəzərdə tutulan yerlər satılıb” – EKSPERT


Bu hadisə həm avtobus sərnişinlərini və də sosial şəbəkə izləyicilərini yetərincə narahat edib. Şərhlərdə bu halın yeganə olmadığı qeyd olunub, sosial media istifadəçiləri qeyd edirlər ki, bu hələ nədir ki, “BakuBus”un sürücüləri sükan arxasında min hoqqadan çıxırlar.

Bəzən az-qala digər sürücü həmkarları bir-birinin yolunu kəsir, məsafədən əl-qolla söz-söyüş davasına da çıxırlar.

Gördüklərimiz sadəcə bir faktdır. Bakı Nəqliyyat Agentliyi və  “Baku Bus” MMC  hər zaman söyləyir ki, sürücülərə “yüksək səviyyə”də  təlimlər və etik davranış qaydalarına əməl etmələri üçün tövsiyyələr verilir. Hər gün marşuruta çıxmazdan əvvəl onlarla söhbətlər aparılır.   

Əgər BNA-nın və “BakuBus”-ın “yüksək səviyyə”də dediyi təlimlərdən sonra alınan mənzərə budursa, müəlliminə bərəkallah!

Xatırladaq ki, bütün avtobuslarda quraşdırılan kameralar da bu faktlara şahidlik edə bilər. Təbii ki, BNA rəsmiləri bunu arzu etsələr.

Həmin görüntüləri tədim edirik:

Gülşanə Mustafayeva, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin