İyulun 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Səid Ömər oğlu Qurbanov xidmət etdiyi sərhəd zastavasında sərhəd naryadı xidmətindən qayıdarkən səhhəti qəflətən pisləşib.
Bizim.Media xəbər verir ki, dərhal ilkin tibbi yardım göstərilməsinə və yaxınlıqdakı yaşayış məntəqəsindən tibb işçilərinin çağırılmasına baxmayaraq, hərbi qulluqçumuzun həyatını xilas etmək mümkün olmayıb.
MÖVZU İLƏ BAĞLI:
Dövlət Sərhəd Xidmətinin əsgəri vəfat etdi
Əsgər Səid Qurbanov dünən, doğulduğu Tovuz rayonunun Dondar Quşçu kəndində torpağa tapşırılıb.
Bizim.Media