“Bu gün fotoqrafımız Dilavər Nəcəfovun 50 yaşı tamam olur. İki gün öncə səhhətində yaranmış problemə görə əməliyyat olunan D.Nəcəfov doğum gününü xəstəxanada qeyd edir”.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yayıb.
Mənbə yazır ki, Gənclər və idman nazirinin müavini Mariana Vasileva “Chendu First People Hospital”a gələrək yubilyarı təbrik edib və can sağlığı arzulayıb.
Nazir müavini həkimlərlə görüşərək əməkdaşımızın səhhəti və digər məsələlərlə də maraqlanıb.
Bizim.Media