Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Səbail rayonu, Nizami küçəsində çoxmənzilii yaşayış binasında vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzildə qapının kilidinin sınması nəticəsində biri azyaşlı olmaqla 2 nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması müəyyən edilib.
Xilasedicilər əməliyyat şəraitinə uyğun təhlükəsizlik qaydalarına riayət etməklə 3 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olmuş və xüsusi alət və avadanlıqlar vasitəsi ilə qapının kilidini açaraq vətandaşların xilas olunmasını təmin ediblər.
Bizim.Media