Bakıda işıqforun qırmızı işığında keçən “Toyota Prius” markalı minik avtomobili ağır qəza törədib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Səməd Vurğun küçəsində baş verib.
Yol hərəkəti qaydalarını kobud şəkildə pozan “Prius”un sürücüsü qırmızı işıqda hərəkətini davam etdirib. Bu zaman o, öz yolu ilə hərəkət edən “Toyota Prado” markalı avtomobilə çırpılıb.
Zərbənin təsirindən “Prado” aşıb.
Hadisənin görüntülərini təqdim edirik.
Bizim.Media