Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq istəyən azərbaycanlını saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Orlovsk vilayətində təhlükəsizlik qüvvələri Ukrayna Silahlı Qüvvələrinin tərəfində Rusiya Federasiyasına qarşı döyüşmək üçün getməyə hazırlaşan ölkə vətəndaşı olan azərbaycanlını saxlayıb. Xidmət bu barədə görüntülər yayıb.
Görüntülərdə onun Ukrayna xüsusi xidmət orqanları ilə yazışmaları yer alıb.
Bizim.Media