Rusiyada səfərdə olan Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkə başçısı Vladimir Putinə çətin anlar yaşadıb.
Bizim.Media xəbər verir ki, Peterburqda təkbətək görüşü planlaşdırılan Misir rəhbəri Putini gözlədib.
Belə ki, görüşün keçiriləcəyi məkana gec gələn Əbdülfəttah əs-Sisini Vladimir Putin xeyli gözləmək məcburiyyətində qalıb.
Həmin anlar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər “bir vaxtlar Putin ölkə başçılarını gözlədirdi” kimi şərhlər yazıblar.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media