Niderlandda polis əməkdaşları Haaqanın mərkəzində hökumət əleyhinə nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə ediblər.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “regnum.ru” saytı Niderland Yayım Korporasiyasına istinadən yayıb.
Mənbə yazır ki, etirazçıların tələbi koronavirusa qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin ləğvidir.
Aksiyada icazə verilən 200-dən çox insan iştirak edib. Bu baxımdan polis etirazçıları dağıtmaq məcburiyyətində qalıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Niderlandda karantin əleyhinə etirazlara reaksiya verilməməsi təəccüblü bir riyakarlıq nümunəsidir.
Onun sözlərinə görə, Rusiyada iğtişaşlar Qərb ölkələri tərəfindən "dinc etirazların yatırılması" kimi qiymətləndirilir. Bənzər hadisələri isə özlərində "milli təhlükəsizlik" məsələsi kimi qeyd edirlər.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
17:40 / 15.03.2021
Polis etirazçılara belə divan tutdu – VİDEO
Hazırda oxunan: Polis etirazçılara belə divan tutdu – VİDEO
Hazırda oxunan: Polis etirazçılara belə divan tutdu – VİDEO
14819
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.