“Bütün döyüş sursatlarını başqa ölkəyə vermək dəhşətlidir, bu barədə bütün dünyaya danışmaq isə daha dəhşətlidir”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Fox news”a müsahibəsində deyib.
“Bayden daha əvvəl Ukraynaya qadağan olunmuş kasetli sursatlarının verilməməsinin səbəblərini bununla izah etmişdi ki, sənayedə döyüş sursatları tükənib və Kiyevə təhvil veriləcək başqa bir şey yoxdur. Beləcə o, ümumilikdə bizə düşmən olan ölkələrə silah-sursat qıtlığı yaşadığımıza dair məlumatlar verir”, - deyə Tramp qeyd edib.
Bizim.Media