Krıma da dronlarla hücum EDİLDİ: Sakinlər təxliyə olundu - VİDEO 

Hazırda oxunan: Krıma da dronlarla hücum EDİLDİ: Sakinlər təxliyə olundu - VİDEO 

147668

Krım yarımadası üzərində 11 ədəd pilotsuz uçan aparatı (PUA) zərərsizləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya tərəfindən yarımadaya təyin edilən Sergey Aksenov məlumat verib. 

“Cankoy rayonunda silah-sursat anbarına zərbə endirilib. Həmçinin PUA-nın qalıqları Kirovski rayonunda fərdi evə ziyan vurub”, - Aksenov bildirib. 

İlkin məlumata görə, zərərçəkən yoxdur. O, əlavə edib ki, hadisədən sonra təcili yardım xidmətləri hadisə yerində işləyir.   
Aksenov Cankoy rayonundakı fövqəladə vəziyyət yerindən 5 km radiusda yerləşən kəndlərin əhalisinin təxliyə edildiyini açıqlayıb.  
 
Cankoy rayonu və Cankoy-Simferopol avtomobil yolunda dəmir yolu hərəkəti dayandırılıb. Məhdudiyyətlər təhlükəsizlik məqsədilə tətbiq edilib.

Xatırladaq ki, bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskvaya da pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib. Hadisə Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında baş verib. Hücumda istifadə edilən iki PUA zərərsizləşdirilib, yaxınlıqda yerləşən binada dağıntılar qeydə alınıb. Hadisə nəticəsində itki olmadığı qeyd edilib. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin