Bakıda sürücü 40 qəpiyə görə yaşlı qadını avtobusa BURAXMADI - VİDEO

Hazırda oxunan: Bakıda sürücü 40 qəpiyə görə yaşlı qadını avtobusa BURAXMADI - VİDEO

147332

Bakıda 199 nömrəli avtobusun sürücüsü yaşlı qadınının kartında pul olmadığı üçün onu avtobusa buraxmayıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər “Xəzər Xəbər”ə daxil olub.

Hadisə zamanı digər sərnişinlər buna etiraz etsə də sürücü fikrindən daşınmayıb. Hətta içi dolu avtobusu dəqiqələrcə hərəkət etdirməyib.

Bəs 40 qəpiyə görə axşam saat 11-də yaşlı qadını avtobusa buraxmamaq düzgündürmü? Təbii ki, yox. İnsani tərəfdən baxanda vicdan incidən görüntüdür. Amma hüquqi tərəfdən necə?
Qeyd edək ki, Azərbaycanda bir sıra şəxslərin ictimai nəqliyyatdan pulsuz istifadə etmək hüququ var. Hazırda müntəzəm marşrut avtobuslarından 5 yaşa qədər uşaqlar, həqiqi hərbi xidmət keçən qulluqçular - yəni, əsgərlər və xidməti vəzifəsini yerinə yetirən polislər pulsuz istifadə edirlər. Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, bu kateqoriyaya daxil olmayan insanlar gedişhaqqı ödəməlidirlər.

Belə məqamda təkcə sürücünün yox, digər sərnişinlərin də vicdanı və rəftarı önəmlidir. Düzdür, kiminsə kiməsə borcu yoxdur, amma insanlıq borcu hər şeydən öndə gəlir axı.

Xatırladaq ki, dünyanın bir çox ölkələrində bəzi şəxslərin ictimai nəqliyyatdan istifadə zamanı gedişhaqqından azad olunması qaydaları mövcuddur. Misal üçün, Rusiyada təqaüdçülər şəhərlərarası və şəhərdaxili ictimai nəqliyyatdan pulsuz istifadə edirlər. Bizdə isə təqaüdçülərlə bağlı hansısa bir qanun mövcud deyil.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin