Qubanın Qonaqkənd qəsəbəsində güclü selin fəsadları aradan qaldırılır.
11 saylı Quba Xüsusi Təyinatlı Yol İstismarı İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, hazırda intensiv yağışdan sonra gələn güclü seldən sonra daşan Cimi çayının məcrası təmizlənir.
Qonaqkənd qəsəbəsinin mərkəzi küçəsini basmış lul, palçıq qatı və daşlar təmizlənir.
Fəsadların aradan qaldırılmasına Yol İdarəsinin 4 texnikası və 20 işçisi cəlb edilib. Günün sonunadək selin fəsadları tam aradan qaldırılacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu