Rusiyanın Krasnoyarsk şəhərində səkkiz yaşlı uşağın güllə xəsarəti alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Bizim.Media "REN TV"yə istinadən xəbər verir ki, 6 yaşlı oğlan mahiyyətini anlamadan pnevmatik tapança ilə səkkiz yaşlı qıza atəş açıb.
Sağ dizindən güllə yarası alan azyaşlı valideynlərin köməyi ilə xəstəxanaya yerləşdirilib. O, müayinədən sonra ambulator müalicə üçün evə buraxılıb.
Polisin apardığı ilkin araşdırma nəticəsində pnevmatik tapançanın uşaq meydançasına haradan gəlib çıxdığı məlum olub.
Belə ki, silahı hadisə yerinə 13 yaşlı yeniyetmə gətirib. O isə silahı onlayn satış saytından əldə etdiyini bildirib.
Silah və güllələr polis tərəfindən müsadirə edilib.
Bizim.Media