Dörd gün öncə Xızının Tıxlı kəndi ərazisində meşə massivində baş verən yanğında 55 hektar meşə, 5 hektar biçilmiş əkin sahəsi yanıb.
Bu məlumatı Bizim.Media-ya Xızı rayon İcra Hakimiyətinin şöbə müdiri Ceyhun İskəndərov verib.
Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Elbrus Əliyev isə bu gün saytımıza məlumat verib ki, Tıxlı kəndi ərazisində meşə təsərrüfatına məxsus Qarabulaq meşəbəyliyində 5 hektar meşə yanıb.
Bu, dəqiq aparatla ölçülüb və heç bir yanlışlıq ola bilməz. Yanan 55 hektar sahə isə bələdiyyə torpaqlarıdır.
Şabran Regional Meşə Təsərrüfatı İdarəsinin direktoru Elbrus Əliyev Tıxlı ərazisində yanğının qəsdən yandırılıb-yandırılmadığı barədə sorğumuza cavab olaraq deyib ki, FHN-nin İstintaq İdarəsi araşdırma aparır, bu, istintaqın yekununda məlum olacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu