Ağdamda şəhid Raquf Orucovun doğulduğu evə məlumat lövhəsi VURULDU - ÖZƏL - FOTO/VİDEO

Hazırda oxunan: Ağdamda şəhid Raquf Orucovun doğulduğu evə məlumat lövhəsi VURULDU - ÖZƏL - FOTO/VİDEO

145456

Şəhid polkovnik-leytenant Raquf Orucovun doğulduğu evə məlumat lövhəsi vurulub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, işğaldan azad edilmiş Ağdam rayon Cinli kəndində yerləşən ev düşmən tərəfindən tamamilə dağıdılıb. 

Evin divar qalıqlarının üzərinə şəhid zabitin silahdaşlarının təşəbbüsü ilə məlumat lövhəsi və Azərbaycan Bayrağı asılıb. 
Şəhidin doğum günü münasibətilə əraziyə səfər edən həyat yoldaşı və qardaşları, Raquf Orucovun 1993-cü ildə düşmənin atdığı mərmi partlayışı nəticəsində şəhid olmuş anası Raya Orucovanın da məzarını ziyarət edib.

Şəhid qardaşı Zabul Orucov yaxın günlərdə anasının məzarının bərpa ediləcəyini bildirib. 

Xatırladaq ki, şəhid polkovnik-leytenantın şəhid anasının məzarı Ağdam rayonunun işğaldan azad edilmiş Çullu kənd qəbristanlığındadır. O, dəfn edildiyi günün sabahısı məhz bu kənd də Ermənistan ordusu tərəfindən işğal edilib. 
 

















Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin