Dağıstanda göyərtəsində insanların olduğu hava şarı qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Baza” teleqram kanalı yayıb. 
İlkin məlumatlara görə, top Mahaçqalada Tarki-Tau dağının yamacında qayaya dəyib. Yaralanan 4 nəfərin bəzilərinin ciddi xəsarətləri var. Ölən yoxdur. 
 
Bizim.Media






























































































