İranda toz fırtınasından təsirlənən azyaşlıların acınacaqlı DURUMU - VİDEO

Hazırda oxunan: İranda toz fırtınasından təsirlənən azyaşlıların acınacaqlı DURUMU - VİDEO

143761

İranın Sistan-Bəlucistan əyalətində son 6 gündə toz fırtınası səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayı 1191-ə çatıb, 1 nəfər isə həyatını itirib.

Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, Sistan-Bəlucistan şəhərlərində toz fırtınası səbəbindən son 6 gündə 1191 nəfər xəstəxana və tibb mərkəzlərinə müraciət edib.

Xəstəxanaya yerləşdirilənlərdən 1019 nəfər ambulator müalicə olunaraq evə buraxılıb, 171 nəfərin müalicəsi davam edir.
Səlahiyyətlilər xüsusilə ürək və tənəffüs xəstəlikləri olanların çölə çıxmamağı tövsiyə ediblər.

Sistan və Bəluçistan əyalətində baş verən dəhşətli toz fırtınasından sonra insanların yaşayışı çox ağır vəziyyətə düşüb. Hətta uşaqlar oynamaq, xoşbəxt olmaq əvəzinə bu problemlə mübarizə aparır, qum daşıyırlar.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin