Azərbaycan şou-biznesinin nümayəndələri 8 Martda Bakının məşhur restoranlarının birində ziyafətə qatılıblar.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.
Əyləncə zamanı karantin qaydalarına riayət edilməyib. Belə ki, qonaqlar sosial məsəfəni gözləməyib və maskadan istifadə olunmayb.
Tədbirdə Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, rəqqasə Rəna Ağamuradova (Renka), stilist-vizajist Nigar İbrahimova, Samir Əliyev (Samiraldo), Cahad Hacıyev və digər məşhurlar iştirak edib.
Bizim.Media