Rusiya “Taxıl sazişi”ndən çıxacağı təqdirdə ən kasıb ölkələrə Ukraynadan gələn taxılın həcmini pulsuz verməyə hazır olacaq.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hərbi müxbirlərlə görüşündə deyib.
“Bizi növbəti dəfə aldatdılar, taxılımızın tədarükünün liberallaşdırılması baxımından heç bir iş görülməyib.
Rusiya lideri qeyd edib ki, “Taxıl sazişi”nin dəhlizlərindən Ukrayna daima PUA-larını işə salmaq üçün istifadə edir:
"Ötən gün Rusiya gəmisinə edilən hücumda dörd dəniz PUA-sı iştirak edib, onlar məhv edilib".
Bizim.Media