Bakıda yaşayış binasının üzərində dalğalanan üçrəngli bayrağımıza qarşı hörmətsizlik olunub.
Belə ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən ikimərtəbəli yataqxananın binasının üstündə ucaldılan dövlət bayrağımızın bir hissəsi qopmuş vəziyyətdə asılıb. Bu vəziyyət görənlərin narazılığına səbəb olub.
Görüntüləri Hövsan sakini Səbinə Mürsəlova lentə alıb.
Bizim.Media-ya görüntüləri təqdim edən Səbinə Mürsəlovanın sözlərinə görə bayraq binanın üzərinə ikinci Vətən müharibəsi zamanı həmin yataqxanaya şəhid nəşi gələndə sancılmışdı.
Üzərindən 3 ilə yaxın müddət keçsə də, nə qəsəbə bələdiyyəsi, nə də Suraxanı Rayon İcra Hakimiyyəti bu biabırçılığa diqqət edib.
Dövlət bayrağımızın biabırçı görüntülərini təqdim edirik:
Alçina Amilqızı, Bizim.Media