Bu dəqiqələrdə Gəncədə güclü küləkdən sonra ildırım çaxması ilə müşayiət olunan leysan yağışlar başlayıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, güclü yağış yollarda sel şəklində axınların yaranmasına səbəb olub.
Suyun gur axması piyadaların və avtomobillərin hərəkətində çətinliklər yaradıb. İlkin məlumata görə bəzi ərazilərdə elektrik enerjisinin verilməsində problemlər var.
Güclü yağışlar evlərin heyətlərinin su ilə dolması ilə nəticələnib. Hazırda güclü leysan davam edir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu