İsmayıllıda sel evlərə, turizm obyektlərinə ziyan vurdu, yollar bağlandı - VİDEO

Hazırda oxunan: İsmayıllıda sel evlərə, turizm obyektlərinə ziyan vurdu, yollar bağlandı - VİDEO

140114

Bu gün axşam saatlarından başlayaraq İsmayıllı rayonuna güclü leysan yağışı yağıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, İsmayıllı rayonunda leysan və sel suları fəsadlar törətdi.  

Dağlardan gələn sel suları rayonun şimal hissəsindəki Gəndov, Namazgah kəndlərində və Lahıc qəsəbəsində təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub. Evləri, tövlələri, turizm-istirahət obyektlərini, mağazaları sel basıb, ağaclar, elektrik və rabitə dirəkləri aşıb, qaz borusu qırılıb, əhali qazsız və işıqsız qalıb.  
Sel səbəbindən yolları qalın lil qatı örtüb, nəqliyyatın hərəkəti çətinləşib. İsmayıllı şəhərindən Lahıc qəsəbəsinə gedən yol bağlanıb.  

Hazırda rayona yağış yağır, sel axını davam edir. Əhaliyə dəyən ziyan rayon fövqəladə hallar komissiyası tərəfindən dəqiqləşdirilir.  
 


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin