Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt ərazisində piyada keçidində baş vermiş ağır qəzanın görüntüləri yayıb.
NİİM-dən Bizim.Media-ya bildirilib ki, qaydaya əməl edib, piyada keçidindən istifadə edən piyadanı, baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobil vurub.
Məlumata görə, hadisə bu ayın 2-də Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində qeydə alınıb.
“Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha sürücü və piyadaları yollarda diqqətli olmağa çağırır”, - məlumatda bildirilib.
Bizim.Media