Suraxanı rayonu, Zığ yolunun kənarında yerləşən qum bazarı ətrafda yaşayan sakinləri narahat edir. Sakinlərin həmin obyektin fəaliyyətindən narazıdırlar.
Bizim.Media xəbər verir ki, sakinlər deyirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər. Hələlik isə məsələ həllini tapmayıb.
Ərazidə çəkiliş zamanı həmin bazarın sahibinin orada olmadığını bildirdilər. Çingiz Qarayev adlı şəxs isə telefonla dedi ki, həmin ərazini icarəyə götürüblər və icarə haqqı ilə yanaşı torpaq vergisi də ödəyirlər. Yəni oradakı fəaliyyətləri qanunidir.
O da qeyd edildi ki, bu kimi problemlərin həlli üçün onlar həmin ərazini bir neçə dəfə hasara almağa çalışıblar. Ancaq sakinlər buna maneə törədiblər.
Xatırladaq ki, bir neçə gün əvvəl məsələ ilə bağlı polisə müraciət edilib. Yaxın günlərdə problemin birdəfəlik həlli üçün məhkəməyə də müraciət olunacaq. Məhkəmənin qərarı ilə onların fəaliyyətinə aydınlıq gətiriləcək.
Mövzu ilə bağlı daha ətraflı Xəzər televiziyasının hazırladığı videomaterialda:
Bizim.Media