Paytaxtın Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Belə ki, minik avtomobilində olan sürücünün sükan arxasında halı pisləşib. Bu səbəbdən avtomobil idarəetmədən çıxaraq sərnişin avtobusuna çırpılıb.
Qəza nəticəsində Tbilisi prospektindən mərkəz istiqamətinə sıxlıq müşahidə olunur. Həmçinin bildirilib ki, minik maşınının sürücüsü ürək tutmasından ölüb.
Bizim.Media