Cənubi Koreyanın “Asiana Airlines” aviaşirkətinə məxsus təyyarə ölkənin Daegu şəhərinə uçuş həyata keçirərkən insident yaşanıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, təyyarənin havada olarkən qapısı açılıb.
Hadisə hava limanına yaxın məsafədə qeydə alınıb.
Pilotlar təyyarəni uğurla yerə endiriblər. Ciddi xəsarət alan olmasa da, 9 nəfər tənəffüs problemləri ilə bağlı xəstəxanaya yerləşdirilib. Aviaşirkət nümayəndəsi qapının hansı səbəbdən açılması ilə bağlı araşdırma aparıldığını bildirib.
Məlumata görə, təyyarədə ümumilikdə 194 sərnişin olub.
Bizim.Media