Rusiyanın Krasnodar şəhərində partlayış baş verib.
Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, bu barədə teleqram kanallarında videolar paylaşılıb.
İddiaya görə, partlayışa səbəb şəhərin mərkəzində iki PUA-nın vurulması olub.
Belə ki, sakinlər şəhərdə partlayış səslərinin eşidildiyini bildiriblər. Onlar səmada dron kimi görünən bir obyektin qəzaya uğrayaraq partladığını iddia ediblər.
Şəhərin meri Yevgeniy Naumovun sözlərinə görə, partlayış nəticəsində yaşayış evi və ofis binasına ziyan dəyib. İlkin məlumata görə, xəsarət alan olmayıb. O əlavə edib ki, hadisənin dəqiq səbəbləri müəyyənləşdirilir.
Bizim.Media