İmran Xan girov müqabilində azad edildi - VİDEO

Hazırda oxunan: İmran Xan girov müqabilində azad edildi - VİDEO

135639

Pakistanda İslamabad Ali Məhkəməsinin Məhkəmə Kollegiyası keçmiş baş nazir İmran Xanı zaminə buraxıb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın keçmiş baş naziri İmran Xan ciddi təhlükəsizlik tədbirləri ilə bu gün məhkəməyə gətirilib. 

Qeyd edək ki, Pakistanın keçmiş baş naziri İmran Xan saxlanılıb. O, aldığı hədiyyələr barədə məlumatı gizlətməkdə və dövlətə məxsus qiymətli əşyaları 630 min dollara satmaqda ittiham olunur.   
İmran Xanın həbsindən sonra Kəraçi şəhərində tərəfdarları ilə hökumət rəsmiləri arasında toqquşmalar başlayıb. Belə ki, Pakistan müxalifəti keçmiş baş nazir İmran Xanın həbsindən sonra tərəfdarları kütləvi mitinqlərə çağırıb.   
 



Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin